Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

YUKOS-un keçmiş vəkili azadlığa buraxılıb


Rusiyada keçmiş neft şirkətinin vəkili ötən həftə məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə “Azadlıq” radiosuna onun əri məlumat verib.

Keçmiş vəkil Svetlana Baximova korrupsiya və vergi cinayətlərində ittiham edilərək altı il yarım müddətə azadlıqdan məhrum edilmişdi.

2008-ci ildə Svetlana Baximova həbsxanada uşaq dünyaya gətirib. Hamilə olan zaman onun həbsdə saxlanmasını insan haqlarını müdafiə təşkilatları kəskin tənqid edirdilər.

Bəzi müşahidəçilər vəkilin tutulmasını YUKOS-un keçmiş rəhbəri Mixail Xadarkovskiyə qarşı hökumətin kampaniyasının tərkib hissəsi olduğunu deyirlər.
XS
SM
MD
LG