Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

AŞ PA-da referendumla bağlı məruzə gözlənilir


Hərçənd gündəliyə Azərbaycanla bağlı müzakirələr ayrıca daxil edilməyib
Hərçənd gündəliyə Azərbaycanla bağlı müzakirələr ayrıca daxil edilməyib
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Azərbaycandakı referendumla bağlı memorandum hazırlayan Paul Villenin qısa məruzəsinin dinlənilməsi gözlənilir.

Hərçənd gündəliyə Azərbaycanla bağlı müzakirələr ayrıca daxil edilməyib.

Sessiyanın ilk günü Moldova və Çernoqoriyada keçirilən seçkilərlə yanaşı Azərbaycandakı referendumla bağlı da qısa dinləmələr oldu.

AŞ PA-nın Almanyadan olan üzvü Joachin Hörster Azərbaycandakı seçicilərin öz işlərini yaxşı bildiyini vurğuladı. Onun fikrincə, seçicilər nəyə səs verdiklərini bilirdilər.

Başqa bir parlament üzvü Maykl Hankok isə çıxışında AŞ PA-nın Azərbaycandakı referenduma az diqqət ayırmasından şikayətləndi.

Referendumla bağlı memorandum hazırlayan belçikalı Paul Ville Azərbaycanda bir sıra müxalifət partiyalarının referendumu boykot etdiyini bildirdi.

Strasburqda olan azərbaycanlı hüquq müdafiəçilərindən Səidə Qocamanlı isə deyir ki, onlar sessiyanın ilk günündən etibarən görüşlərə başlayıblar. Proqramda Azərbaycandakı siyasi məhbuslar üzrə yeni təyin olunmuş məruzəçi Kristof Ştrasserlə, eləcə də həmməruzəçilərlə görüşlər nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG