Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:14

Nazir: «Azərbaycanda yoxsulluq 13,2 faizə enib»


«Hökumətin atdığı addımların nəticəsi olaraq Azərbaycanda yoxsulluq 13,2 faizə enib». Bu sözləri jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov deyib.

Nazir bildirib ki, qlobal iqtisadi böhranın Azərbaycana təsir etmədiyini söyləmək düzgün olmaz:

«Əsas məsələ hökumətin böhrana necə hazırlaşmasıdır. Qlobal iqtisadi böhranın Azərbaycan əhalisinin sosial vəziyyətinə təsirini azaltmaq üçün ölkədə yetərincə resurslar var. Məhz antiböhran mexanizmlərinin işə salınması ölkədə işsizliyi 0,4 faiz azaldaraq 6,1 faizə endirib».

Nazir onu da bildirir ki, bir sıra peşələr üzrə iş qıtlığı var və hökumət bu məsələləri tənzimləməyə çalışır.
XS
SM
MD
LG