Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Jurnalist həbsdən buraxıldı


«Azadlıq» qəzetinin rəhbərliyi iddia edirdi ki, əməkdaşları referendumdakı qanun pozuntuları ilə bağlı yazılarına görə cəzalandırılıb
«Azadlıq» qəzetinin rəhbərliyi iddia edirdi ki, əməkdaşları referendumdakı qanun pozuntuları ilə bağlı yazılarına görə cəzalandırılıb
Aprelin 22-də Gəncə Apellyasiya Məhkəməsi «Azadlıq» qəzetinin müxbiri Ərşad İbrahimlinin azadlığa çıxması haqda qərar qəbul edib. Xəbəri «Azadlıq» radiosuna qəzetin direktoru Azər Əhmədov verib.

A.Əhmədovun sözlərinə görə, aprelin 21-də Gəncənin Nizami Rayon Məhkəməsi Ərşad İbrahimlinin apellyasiya şikayətini Apellyasiya Məhkəməsinə göndərib. Bu gün keçirilən prosesdə jurnalist haqqında seçilən 10 günlük həbs qətimkan tədbiri ləğv olunub.

Aprelin 17-də Gəncənin Nizami Rayon Məhkəməsinin qərarı ilə Ərşad İbrahimli polisə müqavimət göstərdiyi üçün 10 gün azadlıqdan məhrum edilmişdi. «Azadlıq» qəzetinin rəhbərliyi iddia edirdi ki, Ə.İbrahimli referendumdakı qanun pozuntuları ilə bağlı yazılarına görə cəzalandırılıb.
XS
SM
MD
LG