Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:16

Ban Ki Mun İran prezidentinin çıxışından məyus olub


BMT Baş katibi Ban Ki Mun İran prezidentinin Cenevrədə iqriçiliyə qarşı keçirilən konfransda çıxışından məyus olduğunu deyib.

Ban Ki Mun deyib ki, o çıxışından əvvəl Mahmud Əhmədinejatdan konfransı bölməkdən çəkinməyi xahiş edib. Ancaq BMT rəsmisi bildirib ki, bunun əvəzində İran prezidenti podiumdan görüşün məqsədinə ziddi olaraq «ittiham etmək, bölmək, hətta provokasiya» üçün istifadə edib.

Aprelin 21-i İsveçrədə keçirilən konfrans zamanı Əhmədinejat İsraili tənqid edib, onu «qəddar və irqçi rejim» adlandırıb. Deyib ki, İsrail «işğal elədiyi Fələstin torpaqlarında özlərinin «irqçi» dövlətini qurublar».

İran prezidentinin çıxışına etiraz əlaməti olaraq, Britaniya, Fransa və digər Avropa Birliyi ölkələrindən 40-a yaxın diplomatı toplantı zalını tərk edib.
XS
SM
MD
LG