Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

ABŞ Türkmənistla razılaşacağına ümid edir


ABŞ diplomatı deyir ki, Amerika Əfqanıstana qeyri-hərbi təchizat daşınmasında Türkmənistan ərazisindın tranzit kimi istifadədə Türkmənistan hökuməti ilə razılaşacağına ümid edir. Dövlət katibinin müavini Riçard Buçer bildirir ki, o, bu məsələni ölkə prezidenti Kurbankulu Berdiməhəmmədovla müzakirə edib.

ABŞ Əfqanıstana təchizat daşınmasında traznit ölkə kimi artıq Rusiya, Qazaxıstan və Özbəkistanla razılaşıb.

Buçerin sözlərinə görə ABŞ-ın yeni administraiyası Orta Asiyaya böyük önəm verir.
XS
SM
MD
LG