Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:22

195 nömrəli telefon xidmətinin təqdimat mərasimi keçirilib


İyunun 14-də Bakı Şəhər Vergilər Departamentində Vergilər Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə layihəsi olan və artıq respublikanın bütün bölgələrindən zəngləri qəbul edən 195 nömrəli telefon xidmətinin təqdimat mərasimi keçirilib. Vergilər Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, tədbirdə Vergilər naziri Fazil Məmmədov, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, həmçinin hər iki qurumun rəhbər şəxsləri iştirak ediblər.


195 nömrəli telefon məlumat xidməti 2003-cü ilin sonlarından Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlayıb. Hazırda respublikanın bütün regionlarından edilən zəngləri qəbul edən bu xidmət vergi ödəyicilərinin müraciətlərinin cavablandırılması, onların vergi orqanına gəlmədən vergi qanunvericiliyinə dair düzgün və operativ informasiya almaları üçün ödənişsiz fəaliyyət göstərir.


XS
SM
MD
LG