Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:37

ABŞ Kubadan siqnal gözləyir


Amerika Prezidenti Barak Obama deyib ki, Kubayla münasibətləri yaxşılaşdırmağa doğru atdıqları addımlardan sonra kubalılardan siqnal gözləyirlər. Bu siqnal Kubanın idarəçiliyində hansı dəyişikliklərin olacağıyla bağlı olmalıdır.

Həftənin əvvəlində Vaşinqton ABŞ-da yaşayan kubalılara vətənlərinə səyahət eləmək və ya pul göndərmək üçün qoyulan qadağaları götürmüşdü. Bu son 50 ildə dondurulan ABŞ-Kuba münasibətlərində Vaşinqtonun ilk güzəşti idi.

Rusiyanın Xarici İşlər Nazirliyi bu gün bildirib ki, Vaşinqtonun Havanayla münasibətləri bərpa etmək yönündə atdığı addımları alqışlayır. Moksva ümid eləyir ki, hadisələrin inkişafı Kubanın blokadasının tam götürülməsiylə nəticələnəcək.
XS
SM
MD
LG