Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Azərbaycan Türkiyəylə Ermənistanın münasibətlərinə qarışmır, amma...


Azərbaycan Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyev
Azərbaycan Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyev
Ankarayla Yerevan arasındakı danışıqlar onların öz işidir. Amma rəsmi Bakı bu məsələlərin Azərbaycanın milli maraqlarına da uyğun inkişafında maraqlıdır. Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyev aprelin 16-da Yerevanda olanda belə deyib.

Mahmud Məmmədquliyev Türkiyəy-Ermənistanın münasibətlərinin bərpası və sərhədlərin açılması haqda sualın cavabında bildirib ki,

"Birincisi, Türkiyəylə-ermənistan arasındakı danışıqları biz bu iki ölkənin öz işi kimi qiymətləndirirk. Və bizim mövqeyimiz ondan ibarətdir ki, biz hansısa ölkələrin daxili işlərinə qarışmırıq. Amma burda Azərbaycanla Ermənistanın münasibətlərini də nəzər alanda, biz baş verənləri diqqətlə izləyirik. Və bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistanla-Türkiyənin münasibətlərinin bərpası ancaq Azərbhaycanla ermənistan arasındakı münaqişənin həlliylə bağlı olmalıdır".


Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev və Türkiyənin Xarici İşlər Naziri Əli Babacan bu gün Yerevana gediblər. Bakı və Ankaranın nümayəndələri Yerevanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər nazirlərinin növbəti toplantısında iştirak eləyirlər.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev toplantıya getməzdən əvvəl Azadlıq Radiosuna bildirmişdi ki, toplantıda sədrlik Ermənistandan Azərbaycana keçəcəyi üçün Yerevandakı görüşə qatılır.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan demişdi ki, o, Yerevana Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərini dəvət eləyib.
Nalbandyan əlavə eləmişdi ki, Türkiyəli həmkarıyla görüş zamanı sərhədlərin açılması, soyqırım iddiaları və Ankarayla Yerevan arasındakı münasibətlərin yaxşılaşması yollarını müzakirə edəcəklər.
XS
SM
MD
LG