Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:28

Mahmud Məmmədquliyev Yerevana gedir


Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Yerevan görüşündə bu quruma sədrlik Ermənistandan Azərbaycana keçəcək.

Azərbaycanın Xarici İşlər Nazirliyindən «Azadlıq» radiosuna deyiblər ki, məhz sədrlik Azərbaycana keçdiyinə görə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bir günlüyə Yerevandakı tədbirə qatılacaq.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan demişdi ki, o, Yerevana Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərini dəvət eləyib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısı Yerevanda aprelin 15-16-sı keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG