Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 19:54

Bərdədə yanacaqdoldurma məntəqəsinə basqın edilib, bir nəfər qətlə yetirilib


Aprelin 11-i gecə saat 1-2 radələrində edilən basqın nəticəsində yanacaqdoldurma məntəqəsinin operatoru Alim Əliyev qətlə yetirilib. O, baş nahiyəsindən küt alətlə vurulub. Hadisə yerindən bir ədəd yanğınsöndürən balon aşkarlanıb. Qətlin həmin balonla törədildiyi, basqınçıların isə 2 nəfər olduğu güman edilir.

Yanacaqdoldurma məntəqəsinin müdiri saat 00.00 radələrində obyektə gələrək, gün ərzində satılmış yanacağın pulunu götürdüyündən, basqınçılar az miqdarda pul aparıblar.

Baş vermiş hadisə ilə bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hadisəni törədənlərin müəyyənləşdirilərək, tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir. / APA /
XS
SM
MD
LG