Keçid linkləri

2025, 10 Dekabr, çərşənbə, Bakı vaxtı 21:45

Aclıq edən tələbələrdən daha 5 nəfərinin vəziyyəti pisləşib


İyunun 10-da Müstəqil Azərbaycan Universitetində aclıq aksiyası keçirən tələbələrindən daha 5 nəfərinin vəziyyəti pisləşib. Onlar Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.


Universitetin tarix fakültəsinin 2-ci kurs tələbəsi Elnur Məmmədovun verdiyi məlumata görə, günün birinci yarısı aclıq aksiyasının iştirakçılarına Amerika Hüquqşünaslar Assosiasiyasının ekspertləri baş çəkiblər. Onlar tələbələrin problemi ilə məşğul olacaqlarını deyiblər.
XS
SM
MD
LG