Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

Əhalinin sıyahıya alınması başlayır


«Aprelin 13-dən 22-dək əhalinin sıyahıya alınması keçiriləcək Hazırlıq işləri çərçivəsində hər bir şəhər, rayon, qəsəbə və kəndin sərhədləri dəqiqləşdirilib ki, əhali qarışmasın. Bundan başqa, sxematik xəritələr və əhalisi 5 mindən çox olan qəsəbə və kəndlərin sxematik planı hazırlanıb»/

«APA-ECONOMICS»in məlumatına görə aprelin 10-u siyahıya alınma ilə bağlı keçirilən tədbirdə Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev belə deyib.

Onun sözlərinə görə, siyahıyaalmanı təxminən 24 min nəfərdən ibarət işçi aparacaq ki, bunların hamısı müvafiq təlimlərdən keçib. Artıq bütün ölkə üzrə 19 min sayıcı məntəqəsi təşkil olunub və eyni zamanda siyahıyaalmanın aparılması üçün hər 5 sayıcıya 1 təlimatçı-nəzarətçi təyin olunub, hər 7 təlimatçı-nəzarətçidən ibarət bir siyahıyaalma məntəqəsi təşkil edilib. Məntəqələr ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərəcək. Məntəqələr sayıcı və təlimatçıların işini birbaşa koordinasiya edərək siyahıyaalmanı aparacaq. Hər məntəqə təxminən 17-18 min nəfərin siyahıya alınmasını təşkil edəcək. Bir siyahıyaalma məntəqəsində orta hesabla 35 sayıcı olacaq, bir sayıcı isə 450 nəfəri sorğu edəcək.

A.Vəliyev onu da bildirib ki, Azərbaycan əhalisinin siyahıya alınması zamanı məlumatları dəqiqləşdirmək mümkün olmadığından Dağlıq Qarabağda yaşayan ermənilərin sayı əvvəlki siyahıyaalmada olduğu kimi mexaniki olaraq 120 min nəfər qeyd olunacaq.

Azərbaycanda siyahıyaalma hər 10 ildən bir keçirilir. Bu ilin aprelin 1-nə isə ölkə əhalisinin sayı 8,753 mln. nəfər təşkil edib.
XS
SM
MD
LG