Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 12:36

Müsavat Partiyası iyunun 10-na planlaşdırdığı aksiyasını təxirə salıb


Müsavat Partiyası iyunun 10-da keçirməyi planlaşdırdığı etiraz aksiyasını təxirə salıb. Aksiyanın İranda yaşayan azərbaycanlıların etirazlarına dəstək olaraq keçirilməsi nəzərdə tutulurdu. İyunun 8-də Bakı Şəhər İcra Hakimiyyəti Müsavata göndərdiyi məktubda bu aksiyanın keçirilməsini məqsədəuyğun saymamışdı.


Müsavat başqanının müavini Mehman Cavadoğlu «Azadlıq» radiosuna bildirib ki, bu yaxınlarda partiya İran azərbaycanlılarının vəziyyətini müzakirə məqsədilə siyasi partiyaların, ictimai təşkilatların iştirakıyla dəyirmi masa keçirəcək, bundan sonra etiraz aksiyaları keçirmək məsələsi də müzakirə olunacaq.






XS
SM
MD
LG