Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:08

Enn Dersi Türkiyə-Ermənistan danışıqlarına münasibət bildirdi


«Hesab edirəm ki, Türkiyə ilə Ermənistan arasında mövqelərin yaxınlaşması bütün regionda sabitliyin, sülhün möhkəmlənməsinə və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verən bir məsələdir».

Bunu NATO-nun 60 illiyinə həsr olunmuş Bakıda keçirilən tədbirdən sonra jurnalistlərlə söhbətində ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi deyib.

Amerika prezidenti Barak Obamanın İlham Əliyevlə telefon danışığını xatırladan səfir qeyd edib ki, prezident Obama Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tərəqqinin əldə olunmasında öz dəstəyini bir daha dilə gətirib ki, bu da çox vacib bir amildir.
XS
SM
MD
LG