Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:02

Avropada azərbaycanlıların etiraz aksiyaları davam edir


İyunun 3-də Londonda azərbaycanlıların etiraz aksiyası
İyunun 3-də Londonda azərbaycanlıların etiraz aksiyası

İran azərbaycanlılarının son etiraz mitinqlərinə Avropada yaşayan azərbaycanlıların da dəstək aksiyaları davam edir. İyunun 3-də belə bir aksiya Londonda təşkil olundu. Bu ölkədə yaşayan azərbaycanlılar Londonun mərkəzində, parlamentin binası qarşısında İran azərbaycanlılarının milli haqlarının tanınması tələbi ilə mitinq keçirdilər. Bu barədə Qlobusa Londonda Azərbaycanlı Gənclər Klubunun rəhbəri Vüsal Həmzəyev danışdı.


İyunun 6-da Budapeştdə Mərkəzi Avropa Universitetində oxuyan azərbaycanlı tələbələr İranın Macarıstandakı səfirliyi qarşısında İran azərbaycanlılarının hüquqlarının təmin edilməsi tələbi ilə aksiya keçirdilər. Bu haqda «Azadlıq» radiosuna aksiya təşkilatçılarından biri, Budapeştdə yaşayan Vüqar Seyidov danışdı.


İran azərbaycanlılarının problemləri ilə bağlı mitinq gələn həftə Hollandiyanın Den Haaq şəhərində də keçiriləcək. Bu haqda Hollandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları bildirirlər.


Dünya Azərbaycanlıları Ziyalılarının forumu


İyunun 4-də Türkiyənin Antalya şəhərində Dünya Azərbaycanlıları Ziyalılarının forumu öz işinə başladı. İyunun 10-dək davam edəcək forumda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı incəsənət və mədəniyyət xadimləri, alimlər və yazıçılar iştirak edirlər. Son 12 ildə İstanbulda yaşayan azərbaycanlı kinorejissor, hazırda isə İstanbulun Mimar Sinan universitetində dərs deyən Tofiq İsmayılov deyir ki, forumda Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət göstərməsi haqqında protokol imzalanıb.


Kanadada Azərbaycan Qadınlarına Dəstək Mərkəzi


Növbəti süjetimiz Kanadadandır. Kanadada Azərbaycan Qadınlarına Dəstək Mərkəzi fəaliyyət göstərir. Mərkəzin məqsədi Azərbaycandan Kanadaya köçən qadınlara yardımlar etmək, məsləhətlər verməkdir. Mərkəzin sədriNazilə İsgəndərova deyir ki, onun rəhbərlik etdiyi mərkəz Kanadada fəaliyyət göstərən Kanada Qadınları Milli Şurasının üzvü olub və bu günlərdə keçirilən Şuranın illik toplantısında iştirak edib.


DİNLƏYİN!


XS
SM
MD
LG