Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 22:53

Obama qarşıdakı 18 ayın İraqa çətin ola biləcəyini deyir


ABŞ prezidenti Barak Obama ölkəsinin hərbi hissələrinin ölkədən çıxmağa başladığı üçün qarşıdakı 18 ayın İraqa çətin ola biləcəyini deyir.

Aprelin 17-də gözlənilmədən İraqa səfər edən prezident Obama bildirib ki, artıq iraqlıların ölkələri üçün məsuliyyəti öz üzərlərinə götürmələrinin vaxtıdır.

Ağ Evin verdiyi məlumata görə, ABŞ-ın İraqdakı qoşunlarının komandanı general Ray Odiero prezidentə bildirib ki, İraqda zoraıkılqlar son dərəcə azlıb.

Prezident Obama ABŞ-ın Bağdad yaxınlığındakı hərbi bazasında İraqın baş naziri Nuri əl-Maliki ilə görüşəcək. İraqın dövlət televiziyası onların ABŞ hərbçilərinin İraqdan ölkədən çıxarılması planlarını, təhlükəsizlik vəziyyətini və bu ölkədəki kürd yaraqlılarının bazaları ilə bağlı məsələləri müzakirə edəcəklər.
XS
SM
MD
LG