Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Oktyabr, şənbə, Bakı vaxtı 11:34

Barak Obama Ankarada Türkiyə liderləri ilə görüşəcək


ABŞ prezidenti Barak Obamanın aprelin 6-ı Ankarada Türkiyə lideləri ilə görüşəcəyi gözlənilir. Bu Obamanın prezident kimi müsəlman ölkəsinə olan ilk səfəridir.

Türkiyəyə getməzdən əvvəl isə Praqada olan ABŞ prezidenti Avropa Birliyini Türkiyəni quruma tam üzv kimi qəbul etməyə çağırıb. O deyib ki, bu da Qərbin müsəlman ölkələri ilə əməkdaşlıq və sıx münasibət qurması istiqamətində atılan addımların bir hissəsi ola bilər. Praqada keçirilən ABŞ-Avropa Birliyi sammitində Obama bildirib ki, bu böyük müsəlman ölkəsinin birliyə qəbul olunması onun Avropaya inteqrasiya eləməsi və möhkəmlənməsində ciddi siqnal olacaq.

Fransa prezidenti Nikole Sarkozi isə dərhal buna qarşı çıxıb,Türkiyənin Avropa yox Asiyaya aid olduğunu deyib. Buna qarşı çıxanlardan biri də Almaniya kansleri Angela Merkel olub. Merkel bildirib ki, Türkiyənin quruma daxil olması hələ də açıq sual olaraq qalır.
XS
SM
MD
LG