Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 04:40

Əli İnsanov məhbusların müalicə müəssisəsinə köçürüldü


Əli İnsanov, 7 aprel 2005
Əli İnsanov, 7 aprel 2005

Bu vaxta kimi Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan sabiq Səhiyyə nazirinin hipertoniya və onurğa sütununda yırtıq xəstəliyindən əziyyət çəkdiyi deyilir


Keçmiş Səhiyyə naziri Əli İnsanov mayın 30-da məhbuslar üçün nəzərdə tutulan müalicə müəssisəsinə köçürülüb. Bu haqda onun vəkili Toğrul Babayev məlumat verib. Vəkilin sözlərinə görə, hələ bir müddət əvvəl də cənab İnsanovun səhhətinin ağırlığı ilə bağlı onun xəstəxanaya köçürülməsi haqqında Ədliyyə Nazirliyinə müraciət edib.


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılan Əli İnsanov hipertoniya və onurğa sütununda yırtıq xəstəliyindən əziyyət çəkir.


Belə bir müraciətlə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, Prezidentin İcra Aparatının İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyevin vəkilləri də çıxış ediblər. Onlar da hazırda MTN-nin təcridxanasında saxlanılırlar.


Əli İnsanov, Fərhad Əliyev və Akif Muradverdiyev ötən ilin oktyabrında həbs olunublar. Onlar dövlət çevrilişinə cəhddə və korrupsiyada ittiham olunurlar. Vəkilləri onların bu ittihamları qəbul etmədiklərini bildirirlər.


XS
SM
MD
LG