Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 23:00

Rumıniya prezidenti bu ilin payızında Azərbaycana gələcək


Rumıniya prezidenti Trayan Besesku bu ilin payızında Azərbaycana ikigünlük rəsmi səfərə gələcək. Bu barədə Rumıniyanın Bakıdakı səfiri Nikolae Ureke jurnalistlərə bildirib. Səfirin sözlərinə görə, səfərə hazırlıqla Rumıniyanın Xarici İşlər naziri məşğul olur. Hazırda tərəflər yeddi hökumətlərarası sazişin layihəsini razılaşdırır. Bu sənədlər terrorizmlə mübarizə, telekommunikasiya, kənd təsərrüfatı və bank sahəsində əməkdaşlığa aiddir.


Cənab Ureke onu da qeyd edib ki, bu ilin iyununda Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycana gələcək, payızda isə Milli Məclisin spikeri Oqtay Əsədov cavab səfərinə gedəcək.



XS
SM
MD
LG