Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:15

Ölkənin suvarma sisteminə 65 milyon dollar subsidiya ayrılacaq


Bu il dövlət büdcəsindən ölkənin suvarma sisteminə 65 milyon dollar subsidiya ayrılacaq. Dövlətin bu istiqamətdə çəkdiyi xərcin yalnız 2 faizi fermerlər tərəfindən ödəniləcək. Bu barədə «Meliorasiya və su təsərrüfatı» Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirib.Cənab Əhmədzadə onu da deyib ki, 2009-cu ildə Bakıdan 120 kilometr aralıda «Taxtakörpü» Su Anbarının tikintisi tamamlanandan sonra Abşeron yarımadasının su təchizatı xeyli yaxşılaşacaq. İndi həmin obyektin tikintisinə hazırlıq gedir. Bu il büdcə vəsaitləri hesabına «Tovuzçay» Su Anbarının da tikintisi başlanıb.







XS
SM
MD
LG