Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 16:56

ABŞ səfirliyi təkrar seçkilərdə bir sıra pozuntulardan narahatlıq ifadə edir


ABŞ Azərbaycanı ATƏT-nin tövsiyələrini yerinə yetirməyə çağırır
ABŞ Azərbaycanı ATƏT-nin tövsiyələrini yerinə yetirməyə çağırır

Səfirlik Azərbaycan rəhbərliyini bu məlumatları araşdırmağa və müvafiq tədbirlər görməyə çağırır


ABŞ səfirliyi təkrar parlament seçkilərlə bağlı ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Məhdud Seçki Müşahidəsi Missiyasının mayın 15-də verdiyi bəyanatındakı fikirlərə şərik çıxdığını bəyan edib. Səfirlik mayın 16-da yaydığı bəyanatda bildirir ki, barmaqların mürəkkəblə boyanması, namizədlərin qeydə alınması, ümumən maneəsiz seçki kampaniyası və nəticələrin Mərkəzi Seçki Komissiyasının internet səhifəsində çevik yerləşdirilməsində edilən irəliləyişi alqışlayır.


ABŞ səfirliyi Seçki Monitorinq Mərkəzinin nümayəndələri də daxil olmaqla, böyük sayda yerli müşahidəçilərin seçkidə iştirakından şaddır. «Biz rəsmi nəticələrlə ABŞ hökumətinin dəstəklədiyi «exit-poll»un nəticələri arasında uyğunluğun olduğunu qeyd edirik»,- deyə bəyanatda bildirilir.


ABŞ səfirliyi bununla belə, seçkiqabağı mərhələdə pozuntular barədə məlumatlardan, o cümlədən, ayrı-ayrı namizədlərə dəstək üçün inzibati resurslardan sui-istifadə, eləcə də səsvermə günü ayrı-ayrı məntəqələrdə saxtalaşdırma ittihamları ilə bağlı narahatlıq da ifadə edir: «Biz bu məlumatları da narahatlıqla qeyd edirik ki, bir sıra yerli müşahidəçilərin seçki prosesində iştirakı məhdudlaşdırılmışdır».


Səfirlik Azərbaycan rəhbərliyini bu məlumatları araşdırmağa və pozuntuları aradan qaldırmağa çağırır: «Bu təkrar seçkilər 2005-ci ilin 6 noyabr parlament seçkiləri kontekstində nəzərdən keçirilməlidir və biz ATƏT DTİHB-nin seçki prosesinə 1 fevral tarixli hərtərəfli hesabatına şərik olduğumuzu bildiririk. Biz Azərbaycan hökumətini ATƏT DTİHB-nin tövsiyələrini həyata keçirmək üçün onunla işi davam etdirməyə çağırırıq», - deyə səfirliyin bəyanatında vurğulanır.


Mərkəzi Seçki Komissiyasının mayın 16-da keçirilən toplantısında isə, bu qurumun sədri Məzahir Pənahov bəyan edib ki, şikayətlərin araşdırılması zamanı tam şəffaflığa əməl ediləcək. Hətta cənab Pənahov beynəlxalq təşkilatlara müraciət edərək, onları bu prosesi yaxından izləməyə çağırıb: «Seçki günündən indiyə kimi bizə 23 növdə şikayət daxil olub. Bu şikayətlər də artıq internet səhifəsində yerləşdirilib».


Mərkəzi Seçki Komissiyasının toplantısında şikayətlərə də baxıldı. Həmin şikayətlərdən bir qisminin araşdırılması, üçünün isə baxılmaq üçün Dairə Seçki komissiyalarına qaytarılması haqqında qərar çıxarılıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG