Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

Seçicilərin fəallığı necədir?


Saat 15.00-a olan məlumata görə, 9 saylı Binəqədi II Seçki Dairəsində 37993 seçicidən 4837-i səsvermə hüququndan istifadə edib. Bu, ümumi seçicilərin 12,7%-ni təşkil edir.


69 saylı Biləsuvar-Masallı-Cəlilabad SD-də isə 11174 seçici səs verib ki, bu da ümumi seçiciləri 28,6%-ni təşkil edir. 42 saylı Sumqayıt II SD-də 43564 seçicidən 15385-i səsvermə hüququndan istifadə edib. Bu ümumi seçicilərin 35%-i deməkdir. DSK-dan bildirilib ki, saat 15.00-dək 1, 6, 15, 27, 29 və 30 saylı məntəqələrdə problemlər olub.106 saylı Tovuz-Qazax-Ağstafa SD-də seçicilərin 21,5%-i səsvermədə iştirak edib. Bu dairədə seçicilərin ümumi sayı 41252 nəfərdir. 110 saylı Zaqatala SD-də 41982 seçicidən 17896-sı səsvermə hüququndan istifadə edib (42,7%). 31 saylı Suraxanı II SD-də fəallıq 18,75%-dir. 38 saylı Nizami (Gəncə) II SD-də 8314 seçici səsvermədə iştirak edib (25,33%).


103 saylı Gədəbəy SD-də 36596 seçicidən 9156 seçici səs verib ki, bu da 24% deməkdir.
44 saylı Sumqayıt-Abşeron SD-də 10561 seçicidən 10561-i səs verib.


XS
SM
MD
LG