Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:08

Azərbaycan və Ermənistan yığmasının harada qarşılaşacağı müəyyənləşmədi


Azərbaycan milli yığması, Bakı, 28 mart 2006, AFFA-nın rəsmi saytından
Azərbaycan milli yığması, Bakı, 28 mart 2006, AFFA-nın rəsmi saytından

Oyunların yeriylə bağlı qərar qəbul etmək UEFA-nın öhdəsinə buraxılıb


2008-ci ilin Avropa çempionatının seçmə mərhələsində eyni qrupa düşən Azərbaycan və Ermənistan yığmalarının oyunun keçiriləcəyi yeri müəyyənləşdirmək üçün UEFA-nın mənzil-qərargahında mayın 11 və 12-də baş tutan görüş nəticəsiz bitib. İsveçrənin Nion şəhərindəki müzakirələrdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Gənclər və İdman Naziri Azad Rəhimov bildirib ki, Azərbaycan oyunların ancaq neytral meydanda keçirilməsinə razılıq verə bilər, Ermənistan yığmasının Bakıya gələcəyi təqdirdə onların təhlükəsizliyinə heç bir təminat verilməyəcək.


Müzakirələrdən sonra, Azərbaycanla Ermənistan yığmaları arasında 2007-ci il sentyabrın 8-i və 12-də keçirilməsi planlaşdırılan oyunların yeriylə bağlı qərar qəbul etmək UEFA-nın özünün öhdəsinə buraxılıb. UEFA rəsmiləri isə, nizamnaməyə görə, oyun gününə 2 ay qalmışdan gec olmayaraq qərarın açıqlanacağını bildirib.


Gənclər və İdman Nazirliyindən onu da bildirdilər ki, Ermənistan Futbol Federasiyaları Assosiasiyası yenə də oyunların Bakı və Yerevanda keçirilməsində israr edib və öz tərəflərindən təhlükəsizliklə bağlı bütün təminatların veriləcəyini bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG