Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:00
Rubrikalar

AFFA legionerlərə qarşı


Səs: Real audio
Həmsədrlər 2006-cı ilin «fürsət ili» olduğunu bildirirlər - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının [AFFA] prezidenti Ramiz Mirzəyev ölkə çempionatında legionerlərin sayının azaldılması üçün 3+2 sisteminin tətbiqinə çalışacaqlarını bildirib.



Hazırkı qaydalara görə, daxili çempionatın oyunlarında meydançada eyni zamanda 5 legioner futbolçu ola bilər. Yeni sistemdə 3 əcnəbi oyunçunun meydanda, ikisinin isə ehtiyat skamyasında olmasını nəzərdə tutur.



- Yunan-Roma güləşi üzrə dünya çempionatının gümüş mükafatçısı Hüsaməddin Rəcəbovun dopinqdən istifadə etdiyi dəqiqləşib.



Baş məşqçi Cavanşir Qurbanov deyir ki, Rəcəbov zədəsinin müalicəsi üçün qəbul etdiyi dərmanların tərkibində qadağan olunan preparatların olduğunu bilməyib. Cavanşir Qurbanovun sözlərinə görə, Beynəlxalq Güləş Federasiya dopinq qəbul edən idmançıları 1 illiyə yarışdan kənarlaşdıra bilər. Ancaq Azərbaycan tərəfi Hüsaməddin Rəcəbovun qadağan olunan dərmanları qəsdən qəbul etmədiyini nəzərə alaraq cəzasının yüngülləşdirilməsini istəyir.



- 1990-91-ci il təvəllüdlü samboçular arasında Rusiyada keçirilən beynəlxaq yarışda Azəzrbaycan idmançıları 3 medal qazanıb. 48 kq çəkidə Ələkbər Əliyev və 51 kq-da Kamran Əzizov gümüş, 55 kq-da yarışan Tural Hüseynov isə bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan samboçuları 5-ci olublar.
XS
SM
MD
LG