Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:30

Fələstinlə sülh danışıqlarında inkişafa nail olmaq üçün İsrail tələblər irəli sürür


İsrailin yeni xarici işlər naziri bildirib ki, nə qədər ki, Qəzza Sektoru Həmas yaraqlılarının nəzarətindədir fələstinlilərlə sülh danışıqlarında inkişafa nail olmaq çətin olacaq. Nazir Aviqdor Liberman qəzetə müsahibəsində deyib ki, sülh danışıqlarında irəli getmək üçün fələstinlilər hər şeydən öncə terrora qarşı çıxmalıdırlar, Qəzza sektorunda nəzarəti ələ keçirməli və Həması tərk silah etməlidirlər.

Dünən isə Aviqdor Liberman bildirmişdi ki, İsrail Fələstinlə 2007-ci ildə imzaladığı "Annapolis" sülh sazişindən imtina eləyir.

2007-ci ildə, Amerikadakı Annapolis şəhərində eks-prezident Corc Buşun təşəbbüsü ilə keçirilən beynəlxalq konfransda İsrail və Fələstin liderləri razılığa gəlmişdilər ki, yekun sülh müqaviləsini əldə eləmək üçün davamlı və qərarlı şəkildə danışıqlar aparacaqlar.

XS
SM
MD
LG