Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:10

«Qaradağ Sement» qiymətləri endirdi


«Qaradağ Sement» ASC aprelin 1-dən sementin satış qiymətlərini azaldıb. Satılan sementin buraxılış qiyməti orta hesabla 5% endirilib.

«Ekspert» sementinin 1 tonunun satış qiyməti 127 manat, «Spesial» sementinin 115 manata, kisə halında «Spesial» sementinin 1 tonu 131,6 manata, «Optimal» sementinin satış qiyməti isə 120 manata endirilib.

Bu barədə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat veriblər.

Bildirilir ki, qiymətlərin azalması tələbatın aşağı düşməsi ilə bağlıdır.

«Qaradağ Sement» SC Azərbaycanın sement bazarının 35% -nə nəzarət edir.
XS
SM
MD
LG