Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

«Pənah Hüseyn vertolyot qəzasından necə qurtulub?»


Hadisə 1993-cü il martın 30-da Pənah Hüseyn Gəncədən Kəlbəcər rayonuna gedərkən baş verib
Hadisə 1993-cü il martın 30-da Pənah Hüseyn Gəncədən Kəlbəcər rayonuna gedərkən baş verib
«Yeni Müsavat»: Aprelin 2-si Kəlbəcərin işğalının 16 ili tamam olacaq. Rayonun işğalı ərəfəsində kəlbəcərlilərlə söhbətləşərkən diqqətimizi o vaxtkı baş nazir Pənah Hüseynlə bağlı heç vaxt səslənməyən bir hadisə cəlb etdi. Sən demə, Pənah Hüseyn Kəlbəcərə gedərkən onun əyləşdiyi vertolyot ermənilər tərəfindən atəşə tutulub.

Hadisə 1993-cü il martın 30-da Pənah Hüseyn Gəncədən Kəlbəcər rayonuna gedərkən baş verib. 16 il əvvəl baş vermiş hadisəni Pənah Hüseyn belə xatırlayır:

«Həqiqətən də Kəlbəcərə doğru gedən vertolyotlar atəşə tutulurdu… Martın 30-da mən də vertolyotların birində Kəlbəcərə getdim. Mənim də əyləşdiyim vertolyot müxtəlif çaplı raketlərdən atəşə tutuldu. Hava yarıdumanlı olduğundan və pilot peşəkarlıq nümayiş etdirdiyindən atəş hədəfə dəymədi. «Qrad» atəşindən yayınmaq üçün pilot vertolyotu sürətlə aşağı qayalığa tərəf yönəltdi. Qəza vəziyyəti yarandı, lakin xoşbəxtlikdən vertolyotun pəri qayaya toxunmadı».

P.Hüseyn Kəlbəcərin yaxınlığında yerləşən Qılınclı kəndindəki vertolyot meydançasına endiklərini xatırlayır: «Həmin vertolyot da digərləri kimi səhərdən hava qaralanadək 6 dəfə uçuş edib faktiki olaraq əsir düşmək və məhv olmaq təhlükəsi qarşısında olan insanları xilas elədi».
P.Hüseyn həmin gün Yevlaxın icra başçısının əyləşdiyi vertolyotun əhalini yığıb havaya qalxdığı anda raket atəşinə məruz qaldığını və qəzaya uğradığını öz gözləri ilə gördüyünü deyib.

«525»: «ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində apardığı uzun illik danışıqların sona çatmasında Türkiyə-Ermənistan dialoqu ciddi rol oynaya bilər». Bu sözləri APA-nın ABŞ bürosuna eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycanda və Türkiyədəki keçmiş səfiri Ross Uilson deyib.

«Türkiyə tərəfi iddia edir ki, Ermənistanla danışıqlarda Azərbaycanın mövqeyini nəzərə alacaq. Lakin sərhədlərin açılmasının Azərbaycanın mənafeyinə zidd olduğu da şübhə doğurmur. Sizin bu məsələyə münasibətiniz necədir» sualının cavabında R.Uilson əsas məsələnin dünyanın gərgin olan bu hissəsində sülhü yaradacaq binanın kərpiclərinin qurulması olduğunu bildirib:

«Nəticədə Türkiyə ilə Ermənistan arasında, bəlkə də Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşma əldə etmək olar. Mənə elə gəlir ki, Türkiyə ilə Ermənistanın danışıqları buna xidmət edə bilər. Lakin mən hesab etmirəm ki, bu məsələdə Azərbaycan rəhbərliyi və xalqına məsləhət verə bilərəm».

«Ekspress»: «Generalı polkovnik əvəz etdi».
Azərbaycan Nazirlər Kabineti «Vətəndaşların 2009-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında» qərar qəbul edib. Baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı qərarla hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi aşağıdakı kimi təsdiqlənib.

Maraqlıdır ki, ötən çağırış mövsümündə Respublika Çağırış Komissiyasının sədri olmuş Respublika Hərbi Komissarı, general-leytenant Əlağa Hüseynovu bu vəzifədə onun müavini polkovnik Ramiz Məmmədov əvəz edib.

«Yeni Azərbaycan»: «Hələ XIX əsrin sonlarında Azərbaycan xalqının deportasiyası və onlara qarşı kütləvi soyqırımı siyasəti ermənilər tərəfindən başlamışdı. Bu, bilavasitə Çar Rusiyasının ermənilərə rəğbətindən irəli gələn məqsədyönlü şəkildə bir siyasət idi».

Bunu prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin bölmə müdiri Qafar Əliyev bildirib:
«1990-cı ilin yanvar hadisələri və 1992-ci ilin fevral ayında Xocalı soyqırımı bir daha sübut edir ki, Çar Rusiyasının ermənilərə dəstəyi nəticəsində Azərbaycan xalqına qarşı soyqırımı davamlı olaraq həyata keçirilib. Beləliklə, ermənilər son 250 ildə Çar Rusiyasının və sonradan Sovet dövlətinin ermənipərəst qüvvələrinin dəstəyi ilə azəri türklərinə qarşı soyqırımı siyasəti yeridiblər».

«Üç nöqtə»: İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etməsini normal qiymətləndirdiyini deyib:

«Siyasi məhbus məsələsi üzərində alver gedirdi. Hesab edirəm ki, məruzəçi siyasi məhbus məsələsinin ətrafında yaranan mübahisələrə son qoyacaq. Adları siyasi məhbus kimi siyahıya salınan şəxslərin həqiqətdə kim olduğu üzə çıxacaq. Bu nöqteyi-nəzərdən xüsusi məruzəçinin təyin edilməsini yaxşı hal sayıram».
XS
SM
MD
LG