Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:00

İrana casusluq edən iki Yəmənliyə ölüm hökmü kəsilib


Məhkəmə iki Yəmənliyə martın 31-i ölüm hökmü kəsib. Onlar İrana casusluq etməkdə ittiham olunurlar. Verilən məlumata görə Əbdül Kərim Əli və Hani Əli 1997-ci ildən və 2008-ci ilədək Yəmən hərbi qüvvələri, ölkə prezidenti haqqında məlumat və sənədləri İrana ötürüblər. Günahkar bilinən daha bir Yəmənli isə sonradan bəraət qazanıb.

İttiham olunanların vəkili Şaha Nəsir deyir ki, o appelyasiya məhkəməsinə müraciət edib. Məhkəmə zalında çıxış edən Əbdül Kərim Əli hökmü siyasi motivli adlandırıb. O deyib ki, əslində ittiham İranla yox, onun şimaldakı üsyançılara qoşulması ilə əlaqəlidir. Bu üsyançılar hökuməti rüşvət almaqda və Qərblə çox yaxın olmaqda ittiham edir.

XS
SM
MD
LG