Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 19:39

Azərbaycan BMT İnsan Haqları Şurasına qəbul olunmadı


«Tarixi səsvermə» ilə BMT Baş Assambleyası İnsan Haqları Şurasının yaradılmasına qərar verir, 15 mart 2006
«Tarixi səsvermə» ilə BMT Baş Assambleyası İnsan Haqları Şurasının yaradılmasına qərar verir, 15 mart 2006

BMT İnsan Haqları Şurasına üzvlük üçün Azərbaycanın müraciəti qəbul olunmayıb. Səbəb, Azərbaycanda insan haqlarının lazımınca qorunmamasıdır. Azərbaycan da daxil olmaqla 28 ölkənin, o cümlədən Ermənistanın, Çinin, İranın, İraqın müraciəti rədd olunub. 29 ölkənin müraciəti təmin olunub, 11 ölkəninki isə şərti təmin olunub. Müraciətinə müsbət cavab alan ölkələr arasında Gürcüstan, Ukrayna, Almaniya, Böyük Britaniya, Kanada var.


BMT-nin İnsan Haqları Şurasına əsas seçim mayın 9-da Baş Assambleyanın iclasında olacaq.


BMT-yə Nəzarət İdarəsi demokratik ölkələrə repressiv rejimlərin İnsan Haqları Şurasına üz olmasına imkan verməməyə çağırıb.


Azərbaycanın üzv olmasını «Human Rights Watch» təşkilatı da istəməmişdi. Bakıda isə rəsmilər Şuraya üzvlük üçün Azərbaycanın böyük şansı olduğunu deyirdilər.



XS
SM
MD
LG