Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:18

Miqrantlar əvvəlki tək pul göndərə bilmirlər


İşsiz miqrantlar Moskvanı tərk edirlər. 15 dekabr 2008
İşsiz miqrantlar Moskvanı tərk edirlər. 15 dekabr 2008
Dünya ölkələrini bürüyən böhran vaxtilə Rusiya və Ukraynaya üz tutmuş azərbaycanlılara da təsir edib. Gəncə şəhərində fəaliyyət göstərən «Turan» Bankın direktoru deyir ki, xaricdən bank sisteminə köçürülən vəsaitlər 60 faizədək azalıb. Əgər şəhərə 3 ay bundan əvvəl ay ərzində 100 min manat pul göndərilirdisə, hazırda bu məbləğ 45 min manatdan çox olmur.

Elə qohumları və ya ailəsindən xaricdə işləyən şəhər sakinləri də «Azadlıq» radiosuna bildiriblər ki, dolanışıqları çətinləşib, ailə üzvləri pul göndərə bilmirlər.

«Uşaqlarım qardaşımla birgə Tümendə alver edirdilər. İndi deyirlər alver yoxdur. Qayıtmaq üzrədirlər. Xeyli vaxtdır pul göndərmirlər ki, pul yoxdur».

«…Biz orda bazarda işləyirdik alver edirdik. Ekzotik meyvələrin satışı ilə məşğul idik. Hazırda orda satış çətindir. Dolların qalxması ilə alınan meyvələr də bahalaşdı satış aşağı düşdü. Qabaq təxminən gün ərzində 300 dollarlıq alver indi 150 manat ancaq olur. Biz də qərara gəldik ki, çıxaq gələk evimizə».

«Mən Rostov dairəsinin Taqanorov vilayətində işləyirdim. 1996-cı ildən topdansatış işinə baxırdım. Böhranla bağlı işçilərimizi ixtisara saldıq. Axıda da məcbur oldum qayıdam Azərbaycana özümə bir iş tapım».

«Ailəlikcə Ukraynada işləyirdik. Mən corab sexində çalışırdım. Qardaşlarım da mərkəzi bazarda. Bazara erməni vətəndaşı müdir qoyulandan sonra bütün azərbaycanlıları işdən çıxardılar. 100 nəfərdən çox adam işləyirdi. İndi də böhran təsir etdi…»

Azərbaycan Miqrasiya İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev isə deyir ki, xaricdə olan əmək miqrantlarının özləri kütləvi şəkildə ölkəyə axın etməsələr də, Azərbaycana gələn gəlirlər 50 faizədək azalıb:

«Azərbaycanlı miqrantların 9-11 faizi geri qayıtması halları var. Amma gələnlərin sayı az olsa da, iqtisadi böhran maliyyə cəhətdən ciddi təsir göstərib. Onların Azərbaycana göndərdiyi pulların miqdarı əvvəlki illərlə müqayisədə 50 faizədək azalıb».

Bununla belə Əlövsət Əliyev deyir ki, xaricdə yaşayan vətəndaşlarımızın kütləvi şəkildə geri qayıtması ehtimal olunmur. Çünki, xarici ölkədə Azərbaycana nisbətən yaşam şəraiti daha yaxşıdır:

«İqtisadi vəziyyəti çətin olsa belə, Azərbaycanda kifayət qədər bahalıq olduğuna görə, onların ölkəyə kütləvi axını gözlənilmir».
XS
SM
MD
LG