Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 23:00

MSK referendumun rəsmi nəticələrini açıqlayıb


MSK referenduma yekun vurub
MSK-nın bu gün keçirilmiş iclasında çıxış edən qurumun sədri Məzahir Pənahov ümumxalq səsverməsinin yüksək səviyyədə keçdiyini, əhalinin də prosesdən razı qaldığını bildirib. Narazıların olduğunu da qeyd edən MSK sədri bunun təbii olduğunu deyib.

Sonra MSK katibi Natiq Məmmədov referendumun nəticələrini elan edib. N. Məmmədov ümumxalq səsverməsinə çıxarılan 29 maddəyə təklif olunan əlavə və dəyişikliklərin hamısının qəbul edildiyini bildirib:

«Bütün seçki məntəqələrində səsvermə baş tutub, heç bir məntəqədə nəticələr ləğv olunmayıb».

MSK üzvü Akif Qurbanov isə səsvermənin nəticələrinə etiraz edərək, yekun protokolun primitiv hazırlandığını deyib. O, MSK üzvlərini protokolun əleyhinə səs verməyə çağırıb.

Sonda yekun protokol imzalanıb. 14 MSK üzvü protokolu imzalasa da, Akif Qurbanov və Almaz Qəhrəmanova protokolu imzalamaqdan imtina edib. / APA /

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG