Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:29

Türkiyədə bələdiyyə və yerli icra orqanlarına seçkilər keçirilir


Martın 29-u Türkiyədə bələdiyyə və yerli icra orqanlarına seçkilərə səsvermə başlayıb. Seçkilərdə 48 milyon seçicinin iştirak edəcəyi gözlənilir. Bu seçki hakim
Ədalət və İnkişaf Partiyasının gücünün yoxlanılması üçün bir seçki sınağı hesab edilir.

Seçki öncəsi ictimai rəy göstərib ki, hakim partiyanın irəlidə olma şansı daha çoxdur. Hakim Ədalət və İnkişaf Partiyasının ölkənin iki ən əsas şəhəri Anakara və İstanbulda nəzarəti saxlayacağı ehtimal edilir.

Seçkilərdə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) arasında mübarizə gedir.

Seçkiqabağı kompaniyada aparılan debatlar daha çox Türkiyənin zəifləmiş iqtisadiyyatının bərpası üzərində qurulmuşdu.

Hazırda hakimiyyət Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır. Danışıqlarda Türkiyəyə sərmayə yatırılmasının etibarlılığını bərpa etmək üçün ona bir neçə milyard ABŞ dolları dəyərində yardım edilməsi məsələsi müzakirə olunur.

XS
SM
MD
LG