Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

ABŞ İranın Əfqanıstanla bağlı konfransda iştirak edəcəyini alqışlayıb


Birləşmiş Ştatlar İranın Əfqanıstanla bağlı beynəlxalq konfransda iştirak edəcəyini alqışlayıb.

Konfrans gələn həftə Haaqada keçiriləcək.

Birləşmiş Ştatların Əfqanıstan və Pakistandakı xüsusi nümayəndəsi Riçard Holbruk bunu irəliyə doğru addım adlandırıb və qeyd edib ki, Tehranla

Vaşinqton Əfqanıstanda sabitliyin bərpasında maraqlıdırlar.

BMT baş katibinin xarici siyasət məsələləri üzrə köməkçisi Martin Erdman ayın əvvəlllərində İranın Avropa Birliyindəki nümayəndəsi Əli Aşgar Hacıyla görüşüb.

Bu 1979-cu il İran İslam İnqilabından bu yana tərəflər arasında ilk görüşdür.
XS
SM
MD
LG