Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Obama Türkiyədə Dağlıq Qarabağ problemini müzakirə edəcək


Türkiyənin baş naziri və Amerika prezidenti Dağlıq Qarabağ problemini müzakirə edəcəklər.

Rəcəb Tayyib Ərdoğan Şou TV-dəki verilişdə jurnalistlərə müsahibəsində deyib ki, Barak Obamanın aprelin 6-7-də Ankaraya səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması, sözdə «erməni soyqırımı» və Rusiya-Gürcüstan münasibətləri müzakirə ediləcək.

Ərdoğan əlavə edib ki, Türkiyənin Amerika ilə strateji əməkdaşlığının möhkəmləndirilməsi bölgədə sülhün və sabitliyini bərqərar olması baxımından olduqca əhəmiyyətlidir.

Xəbəri «Azərtac» yayıb.
XS
SM
MD
LG