Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:54

Musiqili Komediya Teatrında «Şeytanın yubileyi» tamaşasının təqdimatı keçiriləcək


Aprelin 27-i axşam Musiqili Komediya Teatrında yazıçı-publisist Aqşin Babayevin «Şeytanın yubileyi» əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın ilk təqdimatı keçiriləcək. İki hissəli musiqili komediya janrında olan bu tamaşada vəzifəpərəstlər, yalnız öz mənafeyi naminə çalışan iş adamları tənqid olunur. Tamaşanın quruluşçu rejissoru, xalq artisti İlham Namiq Kamal belə deyir: «Hamı bilir ki, indi insanların hər biri şeytanlıq etməklə məşğuldur. Nazirlikdə də, idarələrdə də, hər yerdə şeytanlar var ki, ancaq şəxsi mənafelərini müdafiə edirlər. Tamaşanın qəhrəmanı da belə şeytanlardandır».



İlham Namiq Kamal tamaşadakı baş rolu, Meydan adlı Şeytan obrazını ifa edir: «Baş rolun ifaçısı özüməm. Bundan başqa, tamaşada teatrın ən üzdə olan aktyorları – Fatma Mahmudova, Xanım Qafarova, Atabala Səfərov, Nahidə Orucova və başqaları oynayırlar».



İlham Namiq Kamalın dediyinə görə, tamaşanın növbəti premyerası aprelin 30-da olacaq. Daha sonra isə «Şeytanın yubileyi» hər ay Musiqili Komediya Teatrının səhnəsində nümayiş olunacaq.


XS
SM
MD
LG