Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Dünya Azərbaycanlılarının ikinci qurultayı: problemlər və ziddiyyətlər...


Səs: Real audio
İlham Əliyev diaspora üzvlərini yaşadıqları ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamağa, siyasi partiyalarda iştirak etməyə, qanunvericilik orqanlarında təmsil olunmağa çağırıb Bakıda keçirilən Dünya Azərbaycanlılarının ikinci qurultayına nümayəndələrin dəvət edilməsi məsələsinə münasibət birmənalı deyil. Xaricdə və ölkə daxilində fəaliyyət göstərən bir sıra təşkilatlar və ya ayrı–ayrı şəxslərin bir qismi bu işin obyektiv aparıldığını bildirdiyi halda, digər qisim başqa fikirdədir. Xüsusilə qurultaya dəvət almayanlar deyirlər ki, nümayəndələrin seçilməsi subyektiv amillərə söykənir



Dünya Azərbaycanlıları Konqresinin katibi Teymur Eminbəyli hesab edir ki, qurultaya yalnız Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə yaxın adamlar və ya təşkilatlar dəvət olunur. Onun sözlərinə görə, qurultaya bu komitədən narazı olan bir neçə şəxsin dəvət edilməsi isə demokratik görüntü yaratmaq, gözdən pərdə asmaq məqsədi daşıyır.



Teymur Eminbəyli əlavə edir ki, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin fəaliyyətini tənqid edənlər indi də Azərbaycana düşmən hesab olunur və bu qurum onları boykot edir. Cənab Eminbəylinin fikrincə, həmin komitə dünyadakı Azərbaycan təşkilatlarını özünə tabe etdirmək siyasəti yürüdür.



Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi barədə belə fikirlər birinci dəfə deyil səslənir. Bəziləri bu qurumu xaricdə fəaliyyət göstərən birlikləri parçalamaqda ittiham edir.



Rusiya Azərbaycanlıları Konqresinin vitse prezidenti, qurultayda iştirakdan imtina edən Sakit Allahverdiyev də bu fikrdədir. O, deyir ki, əslində, tədbirə dəvət məsələsində də dəqiq bir prinsip yoxdur. Dəvətlilər komitə sədrinə yaxın adamlardır. Onların bir hissəsi isə hökumətdə kimlərləsə kommersiya əlaqələri olan şəxslərdir. İştirakçıların bir hissəsi Bakıda sadəcə qohum-əqraba ilə görüşmək üçün qurultaya gəliblər.



Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin rəhbəri Elşad Miraləm isə bu deyilənlərin həqiqətəuyğun olmadığını bildirir. Onun sözlərinə görə, komitə qurultaya nümayəndələrin müəyyənləşməsi üçün xaricdəki Azərbaycan icmalarına müraciət göndərir. Kimlərin iştirakı məsələsini isə onlar özləri müəyyənləşdirir.



Dünya Azərbaycanlıları Konqresinin katibi Teymur Eminbəylinin fikrincə, tədbiri diaspora təşkilatlarının bir araya gəlməsi kimi dəyərləndirmək mümkün deyil. Çünki ora toplaşanlar klassik diaspora nümayəndələri deyillər. Tədbirin keçirilməsində də məqsəd klassik diaspora nümayəndələrinin bir araya gətirilməsi deyil.



Cənab Eminbəyli hesab edir ki, diaspora hökumətin və ya hansısa nazirliyin, komitənin maraqlarına xidmət etməməlidir.



Sakit Allahverdiyev isə, deyir ki, komitəyə sərf etməyən problemlərin qurultayda qaldırılmasına imkan verilmədiyi üçün bu tədbiri diasporanın bir araya gəlməsi adlandırmaq olmaz. O, özünün də Gürcüstan azərbaycanlılarının problemlərini qaldırmaq istədiyi üçün qurultaya qatılmasının arzu olunmadığını deyir.



Cənab Allahverdiyev əslən Gürcüstandandır. Ona çıxış üçün söz verilməyəcəyini bildikdən sonra qurultaya qatılmaqdan imtina etdiyini bildirir.



Elşad Miraləm isə deyir ki, qurultay Azərbaycan prezidentinin sərəncamı ilə təşkil olunur və həyata keçirilir. Heç kim, hətta Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri də bu tədbirdən kiminsə kənarlaşdırılması və ya çıxışına mane olmasına qərar verə bilməz.



Rusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sakit Allahverdiyev deyir ki,
XS
SM
MD
LG