Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:17

«Quş qripi» Azərbaycandakı əcnəbiləri də hərəkətə gətirdi


Səs: Real audio
«bp-Azərbaycan» şirkəti xəstəliyə qarşı maarifləndirici tədbirlər kimi xüsusi bukletlər, posterlər hazırlayıb Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri də «quş qripi» xəstəliyinə qarşı qabaqlayıcı tədbirlər görürlər. «bp-Azərbaycan» şirkəti bununla bağlı bir ixtisaslaşmış yerli şirkətlə əməkdaşlıq protokolu imzalayıb. Sənədə əsasən, şirkətin və onun podratçılarının fəaliyyət göstərdiyi ərazilərdə olmuş köçəri quşlar aşkar edildikdə, onlar yıgılır və məhv edilir, dezinfeksiya işləri görülür. Bu barədə «Azadlıq» radiosuna «bp-Azərbaycan» şirkətinin sözçüsü Tamam Bayatlı məlumat verib. Onun sozlərinə görə, indiyəcən ancaq Səngəçal terminalında ölü quşlar aşkarlanıb.



Xanım Bayatlı onu da deyir ki, şirkət xəstəliyə qarşı maarifləndirici tədbirlər kimi xüsusi bukletlər, posterlər hazırlayıb. Orada xəstəliyə yoluxmamaq uçün gözlənilməsi zəruri olan gigiyenik qaydalar və ölü quşa rast gəldikdə nə etməyin lazım olması barədə məlumatlar əksini tapıb. Həm Azərbaycan, həm də ingiliscə olan bu nəşrlər işçilər arasında yayılır.



Bundan başqa gündəlik olaraq xəstəliklə bağlı xarici və yerli mətbuatda yayılan məlumatlar və Azərbaycan hökumətinin gördüyü işlər barədə xəbərlərin xülasəsi hazırlanaraq işçilərə çatdırılır.
XS
SM
MD
LG