Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:07

Son iki gündə xəstəxanalara «quş qripi» şübhəsi ilə xəstə daxil olmayıb


Səs: Real audio
Şənbə və bazar günləri nə Salyan rayon xəstəxanasına, nə də Bakıya yüksək hərarətli xəstə müraciət etməyib. Səhiyyə Nazirliyi və Salyan rayonundan «Azadlıq» radiosuna verilən məlumatlarda belə deyilir 7 saylı Yoluxucu Xəstəliklər Klinikasında yatan Salyan rayon Dayıkənd sakini, 2 yaşlı Şahsənəm İbrahimovanın hərarəti azalıb, vəziyyəti normaldır. Elmi – Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda və 7 saylı xəstəxanada müalicə alan digər xəstələrin vəziyyətində də ciddi dəyişiklik yoxdur. Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Səmayə Məmmədova deyir.



Martın 10-dan 11-ə keçən gecə Respublika Klinik Xəstəxanasının qəbul şöbəsində dünyasını dəyişmiş Bərdə rayon sakini Bənövşə Əşrəfliyə isə tamam başqa bir diaqnoz qoyulub. Səmayə Məmmədova: "Onu Respublika Xəstəxanasına çox ağır vəziyyətdə gətiriblər. Elmi–Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna müayinə üçün aparanda, elə qəbuldaca keçinib. Onda pnevmoniya – filan olmayıb, onda tamam başqa xəstəlik idi".



Bu vaxtacan "quş qripi" virusuna yoluxduğu ehtimal olunan 4 Salyan rayon sakini – Nabat və Şahmar Əsgərovlar, Günel Qasımova və Xatirə Abbasova dünyasını dəyişib. Həm hazırda Bakıda yatan xəstələrdən, həm də ölənlərdən götürülmüş qan nümunələrinin London laboratoriyasına göndərilməsi gözlənilir.



Salyan rayonunun baş həkimi İbrahim Cəfərov deyir ki, ölən xəstələrin qohumları onların quş əti, yaxud tüküylə təmasda olub-olmaması barədə məlumat vermir: "Ölən adamların yaxınları, atası-anası, ümumiyyətlə, hamısı quşlarla təmasda olmalarını nəyə görəsə inkar edirlər. Şübhələnirik ki, yeyiblər, ya da quş tükü yolublar".
XS
SM
MD
LG