Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

İyulun 1-dən bir yaşına qədər uşaqlara ayda 10 manat veriləcək


Səs: Real audio
Müavinəti ancaq ünvanlı sosial yardım almaq hüququ olan ailələr əldə edə biləcəklər İyul ayının 1-dən bir yaşına qədər uşaqları olan aztəminatlı ailələr ayda 50 min köhnə manat (10 AZN) alacaqlar. Bu müavinəti ancaq ünvanlı sosial yardım almaq hüququ olan ailələr əldə edəcəklər.



Məlumatı «Azadlıq» radiosuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vəfa Mütəllibova verib. Onun sözlərinə görə, yardımı almaq hüququ təsdiqlənənlərə yanvardan iyula qədər olan altı ayın pulu da veriləcək.



Yardım körpə uşaqların yedizdirilməsi ilə bağlı qanun çərçivəsində verilir. 2006-cı ilin dövlət büdcəsində bu məqsədlə 32 milyard köhnə manat nəzərdə tutulub.
XS
SM
MD
LG