Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Kaşpirovski qayıdır


Anatoli Kaşpirovski Praqada, 1992
Anatoli Kaşpirovski Praqada, 1992
Düz 20 il əvvəl sovet televiziyasının ekranından milyonlarla proletarı hipnoz edən Kaşpirovski yenidən qayıdır.

Bu dəfə Anatoli Kaşpirovski Rusiyanın NTV kanalından sıravi insanları deyil, məşhurları öz süzgəcindən keçirəcək. Qalmaqallı psixoterapevtin hədəfi Rusiyanın ulduzları, tanınmış şəxsləridir.

Doğrudur, hələlik NTV telekanalı bu məlumata şərh verməyib, sadəcə deyib ki, «hələlik tezdir». Ancaq Rusiyanın Life.ru internet portalı həmin şirkətdəki mənbələrinə istinadla bildirib ki, 69 yaşlı Kaşpirovski sovet dövründə olduğu kimi kütləvi hipnoz seansları keçirməyəcək. Verilişə məşhurlar gələcək, Kaşpirovski onlara psixoterapiya seansı keçəcək. Bir sözlə qonaqlara imkan yaradılacaq ki, «ürəklərini boşaltsınlar».

Ancaq portal verilişin nə zaman efirə çıxacağını qeyd eləmir. Life.ru-nun məlumatına görə, yeni layihənin çəkilişində artıq müğənni və aparıcı Lolita Milyavskaya və aktyor Mixail Poreçenkov iştirak ediblər.

Anatoli Kaşpirovski SSRİ-də məşhur adam olub. O, 20 il əvvəl (1989-cu ildə) bir neçə kütləvi hipnoz seansları keçirib, tamaşaçılara şəfa tapmağın yollarını deyib.

Kaşpirovski diplomlu psixoterapevtdir. O, psixiatriya sahəsində Vinniç Tibb universitetində təhsil alıb, 20 ildən artıq psixiatriya xəstəxanada psixoterapevt işləyib. Hipnozçu kimi isə Kaşpirovski «yenidənqurma»dan sonra televiziya ekranlarına gəlib və «hipnozları» o qədər uğurlu alınıb ki, o 1993-cü ildə birinci çağırış Rusiya Dövlət Dumasının deputatı seçilib. Deputatlıq mandatı bitəndən sonra Kaşpirovskinin mühacirət dövrü başlayıb, Amerikaya gedib.

Xaricdə bir neçə il yaşayandan sonra Rusiyaya qayıdır və əyalətlərdə seanslar keçir. Ancaq dövr dəyişdiyindən xalq keçmiş pərəstişkarını artıq əvvəlki qədər alqışlamır, ona cadugər kimi baxanlar da tapılır.

3 il qabaq Çelyabinsk prokurorluğu Kaşpirovskini inzibati məsuliyyətə cəlb edir. Prokurorluq onu xalq təbabəti ilə qanunsuz məşğul olmaqda ittiham edib, 1700 rubl cərimələyir.

Kaşpirovski hələ bir qədər əvvəl Rusiya televiziyalarından birində çıxışı zamanı demişdi ki, o öz müştərisinin orqanizminə təsir edə, orqanlarla, molekullarla söhbət edə bilir. «Mən molekulları inandırıram. Mən mədəaltı vəz ilə danışıram».

Ancaq aparıcının onun ağrıyan barmağı ilə danışmaq təklifindən Kaşpirovski imtina edib, cavabı da belə olub. «Bu gün yox, sabah…»

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG