Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Son bir ayda 7 mindən artıq ölü quş aşkar edilib<p align=`left`><br><br>


Səs: Real audio
Ölü quşlar ən çox Abşeron yarımadasında, Xızı və Dəvəçi rayonlarında aşkar edilib Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, son bir ayda Azərbaycan ərazisində 7723 ölü quş aşkar edilib. Bu quşlar arasında qaşqaldaq, qarabatdaq, ördək və qu quşları çoxluq təşkil edir. Nazirliyin əməkdaşı Gülşən Hüseynova bildirir ki, ölü quşlar daha çox köçəri quşların miqrasiyası boyunca aşkar edilir.



Ölü quşlar ən çox Abşeron yarımadasında, Xızı və Dəvəçi rayonlarında aşkar edilib.



Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görəsə, son günlər ölü quşlarda «quş qripi» virusu aşkar edilməyib.



Xəstəliklə mübarizəylə bağlı yaradılmış Dövlət Komissiyasının fevralın 23-nə olan məlumatına görə, ev quşları və əhali arasında bu virus aşkarlanmayıb.



Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən isə, bildiriblər ki, qurum «quş qripi» ilə mübarizə məqsədilə Azərbaycana 5 milyon dollar kredit ayırmağı planlaşdırır. Kredit 35 il müddətinə faizsiz veriləcək.



Azərbaycanda «quş qripi» virusu köçəri quşlar arasında fevralın 10-da tapılıb.
XS
SM
MD
LG