Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:25

İsveçrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır


Səs: Real audio
İsveçrənin Xarici İşlər naziri Mişelin Kalmi Rey belə deyir İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinə tərəfdardır və bu yöndə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Bunu Azərbaycanda səfərdə olan İsveçrənin Xarici İşlər naziri Mişelin Kalmi Rey deyir: «Biz bu məsələnin həllində xüsusi maraqlıyıq, danışıqlara öz töhfəmizi verə bilərik. Belə ki, Cenevrədə iki ölkə prezidentinin görüşünü təşkil etməyə hazırıq».



Səfər çərçivəsində Azərbaycanla İsveçrə arasında «Miqrasiya haqqında» Bəyannamə imzalanıb. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyir ki, sazişin məqsədi İsveçrədə yaşayan azərbaycanlıların statusunu müəyyənləşdirməkdir.



Mişelin Kalmi Rey isə, bəyannaməni iki ölkə arasında əməkdaşlığın başlanğıcı adlandırır.



Elmar Məmmədyarov həmçinin son vaxtlar Dağlıq Qarabağa ayrı-ayrı azərbaycanlı jurnalistlərin səfərlərinə də münasibət bildirib. Onun fikrincə, bu səfərlərdə heç bir qəbahət yoxdur, çünki Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Həmin jurnalistlər, yaxud QHT nümayəndələri Dağlıq Qarabağa səfərlər vasitəsilə daha ətraflı məlumat ala bilirlər. Cənab Məmmədyarov Dağlıq Qarabağdan, yaxud Ermənistandan da Azərbaycana oxşar səfərlərin mümkünlüyünü bəyan edir.
XS
SM
MD
LG