Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

Balaxanı əfsanəsi


Səs: Real audio
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə: «Bu, populist addımdır» 100 il bundan qabaq kimsə desəydi ki, vaxt gələcək Balaxanı Bakının ən kasıb kəndlərindən olacaq, bunu ən yaxşı halda zarafat hesab edərdilər



Balaxanıda adamlar neft quyularının üstündə yaşayır. Burda elə həyət yoxdur ki, heç olmasa, bir-iki neft quyusu olmasın. Özlərinin diliylə desək, bu quyuların üstündə doğulur, az qala ana laylası kimi alışdıqları səsiylə yuxuya gedir, onun üstündə böyüyür, üstündə övlad dünyaya gətirirlər. Bircə bu quyulardakı "qara qızıl"dan pay götürə, üstündə yatdıqları milyonları cib xərcliyinə çevirə bilmirlər.



Əslində isə həmin quyular onların çoxuna dədə-babalarından, yəni onlara vəsiyyət etdikləri həyətyanı torpaqla birgə qalıb. Amma ötən əsrin 20-ci illərində sovetlər Azərbaycana gələndə, çoxları qorxusundan, bəzisi isə hökumətin tapşırığı ilə həyətindəki neft quyularını tələsik bağlayıb üstünü də sementlədilər. Bəzisi hətta üstündə ev də tikdi, bəzisi kanalizasiya quyusu kimi işlətdi, qərəz, birtəhər ondan qurtulmağa çalışdı.



Vaxtilə İkinci Dünya müharibəsində ölkə aclıq çəkəndə isə, onlar həmin quyulardan qazanılan var-dövlətlə bir çuval unu kasa-kasa qızıla alıb, balalarının boğazına korluq vermədilər.



İndi isə həmin quyular dolanışıq mənbəyi yox, sadəcə, keçmişin nişanəsidir, Balaxanının indiki gənc nəsli üçün nağıla-əfsanəyə bənzər bir nağılın. Bu 10-12 yaşlı uşaqlar kəndin son bir əsrdə yaşadıqlarını üç-dörd cümləylə belə ifadə edirlər: qürurverici keçmiş və bugünkü sıxıntılar…



19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində tikilən, «qırmızı evlər» kimi tanınan hündürtavanlı, ikimərtəbəli evlər də, onların içərisində ötən əsr rəssamlarının işlədiyi rəsmlər də, kübar ailələrə məxsus əntiq əşyalar və mebel də, kənddəki karvansara da, dörd məscid, üç məktəb də dəbdəbəli, şan-şöhrətli keçmişdən soraq verir. Amma bu keçmiş artıq kərpic-kərpic yox olmağa doğru gedir. Neft bumu vaxtında tikilən, artıq hay-hayı gedib vay-vayı qalan, bəzisini yosun basan, bəzisi zövqsüz şəkildə dəbə uyğunlaşdırılan ikimərtəbəli "qırmızı binalar" da nimdaş gerçəklikdən soraq verir. Daş hasarları sökülmüş, səliqə-sahmansız tikilmiş yarımçıq evlərin çoxluğu da, yeni inşa edilən evlərin seyrək gözə dəyməsi də, ötən əsrin ortalarında asfalt döşəndiyindən dağılmış, palçıqlı yollar da kəndin maddi sıxıntılarının, yaşadığı kasıbçılığının nişanəsidir. Amma bir vaxt hər şey fərqli olub.



Kəndin ağsaqqalları danışır ki, Balaxanı camaatı həmişə, lap 13-14-cü əsrdən neftlə dolanıb. 83 yaşlı Xəlil kişi də belə deyir. O, "neftçilər sülaləsi" kimi tanınan Mayılovlardan biridir.



Amma söz yox ki kəndin çiçəkləndiyi dövr 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlinə təsadüf edir. İkinci Dünya müharibəsinədək kənddə 20 minə yaxın adam yaşayırmış.



Lakin sovetlərin gəlişi hər şeyi dəyişdi. Düzdü, sovetlər gələndə, quyuları batırsalar da, sonradan bu kənddə bir neçə fabrik-zavod tikilib. Həm neft mədənlərində, həm zavod-fabrikdə iş yerləri açıldığından, balaxanılılar çətinlik çəkməyiblər. Amma sovetlərin süqutulya həmin zavod-fabriklərin qapısı da bağlı qalıb. Əvvəllər neft mədənlərində işləmiş, hazırda təqaüddə olan Elxan Məmmədov deyir ki, indi Bakıda kasıb yaşayan iki kənddən biri Balaxanıdır.



Kənd camaatı deyir ki, zavod-fabrik bağlanandan sonra çörək pulu üçün güman bircə Bakının əsas zibil anbarı kimi istifadə olunan Balaxanı zibilliyinə qalıb. Məktəb yaşlı uşaqların, gənc qızların zibilliyə iş yeri kimi baxması, şüşə və plastik qabları, sellofanları toplay
XS
SM
MD
LG