Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:29

Azərbaycanda özəl detektiv var, ancaq bu haqda qanun yox


Səs: Real audio
Təşkilatın hesabatında İTV-nin hökumətyönlü siyasət yürütdüyü deyilir Azərbaycanda detektiv var, ancaq o, nəyi edə bilər, nəyi edə bilməz? Bu suala cavab verən qanun yoxdur. Qanunverici təşəbbüslə çıxış etmək istəyən var, ancaq belə qanunun lazım olub–olmamasına parlamentdən "hə", ya "yox" cavabı da yoxdur



Yəqin, heç olmasa bir dəfə ürəyinizdən keçib ki, pulunuzu qoymaq istədiyiniz bankın və ya iş görmək istədiyiniz şirkətin nə qədər etibarlı olduğunu öyrənmək üçün Sizə bir kömək edən, onların normal imicinin arxasında əslində nə dayandığını Sizə bir deyən olaydı. Əlbəttə ki, bu dəm yardım istəyəcəyiniz adam kimi ağlınıza detektivlər də gəlib. Amma sonra da «Azərbaycanda detektiv var ki?» demisiz.



O zaman agah olun: Azərbaycanda çoxlarının bədii əsərlərdən yaxşı tanıdığı Şerlok Holms və ya Erkül Puaronun həmkarları az deyil. Sadəcə, bir əmma var: detektiv var, qanun yoxdur. Və qanun qəbul olunmadığından, onlar qeyri-leqal fəaliyyət göstərməli olurlar. Düzdü, ara-sıra qəzetlərdə elan da verirlər: gizli çəkiliş, dinləmələr apara bilərik, itkin düşənləri taparıq, obyekt və ya subyekt haqqında məlumat toplayarıq, çıxılmaz vəziyyətə düşənlərə yardım edərik və s.



Və bu xidməti təklif edənlərin əksəriyyəti keçmiş polis işçiləri, ya da ali təhsilli hüquqşünaslardır. Müştərinin istəyi və uyğun məbləğ qarşılığında xidmətə hazır detektivlərsə çox şeydən narazıdırlar. Müştərinin azlığından yox, qanunun qəbul olunmamasından və Cinayət Məcəlləsindəki maneələrin əl-qollarını bağlamasından. Məsələn, silah gəzdirə bilməmələrindən, telefon dinləmələrinə, çəkilişlərə icazə verilməməsindən narahatdırlar.



26 il əməliyyat işçisi olmuş, keçmiş polis mayoru, hazırda detektiv kimi işləyən Eldar Babayev deyir ki, bu haqda qanun olmasa da, onlar işlərini qanun çərçivəsində yoluna qoyurlar. Yəni detektiv xidməti təklif edənlər əsasən hüquq firmaları kimi yaradılır, bu yolla həm qeydiyyatdan keçir, həm də vergi ödəyirlər.



Eldar Babayev deyir ki, onun «Qayda və qanun» adlı hüquq firması Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Özü də gördüyü işlərin müqabilində dövlətə rüsum ödəyir. Ona görə də kimsə onu qanunsuz fəaliyyətdə ittiham edə bilməz. Amma əlbəttə ki, qanunun qəbulu çox müşkülləri həll edərdi.



Elə Hüquqşünaslar Forumu da bu boşluğu nəzərə alıb təşəbbüslə çıxış edərək, detektiv fəaliyyəti haqda qanun layihəsi hazırlayıb və parlamentə göndərib. Layihə hazırlanarkən ABŞ-ın, Avropa və MDB ölkələrinin təcrübələrindən yararlanıblar. Müəlliflər hesab edirlər ki, əgər kimlərsə artıq detektiv kimi fəaliyyət göstərirsə və bu xidmətdən istifadə edənlər varsa, niyə də bu qanunla tənzimlənməsin? Düzdür, bu qanunun qəbulu başqa qanunverici aktlarda da dəyişiklikləri zəruri edir. Bunun üçünsə xeyli vaxt və iş tələb olunur. O üzdən də layihə müəllifləri işin bir hissəsini öz üzərilərinə götürüblər.



Qanunverici orqan – parlamentsə hələlik bu qanunun lazım olub-olmaması haqda qərar verə bilmir. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov bu haqda danışmaqda çətinlik çəkdi və vaxt istədi. Amma vaxt tamamda da danışmadı. Dedi ki, qonşu Rusiyada detektiv fəaliyyəti haqda qanunun qəbulundan sonra arzuolunmaz fəsadlar yaranıb. Ona görə də belə mübahisəli məsələ haqda qərar verməyə tələsmək olmaz.



Qanunvericilər düşünməklərində olsun. Biz özümüz balaca bir araşdırma aparaq və Siz özünüz qərar verin: bu qanun lazımdır, ya yox. Layihə müəlliflərindən biri Əlövsət Əliyevin sözlərinə görə, detektiv fəaliyyəti Azərbaycan hüquq-mühafizə orqanlarının işinə təkan verə, rəqabət yarada bilər k
XS
SM
MD
LG