Səs: Real audio
Elçin Qəmbərov onun səhhətinin qənaətbəxş olmadığını deyir ERMƏNİSTAN RƏSMİLƏRİ DANIŞIQLARIN ÇIXILMAZA DÜŞMƏDİYİNİ DEYİRLƏR
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Mher Sarkisyan fevralın 13-də deyib ki, danışıqların çıxılmaza düşməsi fikri ilə razı deyil. O, fikrini martda Vaşinqtonda ATƏT-in toplantısı zamanı diskussiyaların davam edəcəyi ilə əsaslandırıb.
Prezidentin sözçüsü Viktor Saqomonyan deyib ki, nəticələr olmasa da, Ermənistan danışıqların davam etməsinə müsbət yanaşır.
Ermənistanın xarici işlər naziri Vardan Oskanyan isə fevralın 14-də Yerevanda İranın xarici işlər naziri ilə birgə mətbuat konfransında danışıqlara münasibətini bildirib:
"2005-ci ildə danışıqlarda irəliləyiş olması haqqında çox danışılıb və bu irəliləyiş saxlanır. Amma irəli getdikcə, məsələlər mürəkkəbləşir. Parisdə prezidentlər qarşısında çox mürəkkəb məsələ dururdu. Onların hamısının birdən həllini gözləmək olmazdı. Əlbəttə, istərdik ki, bütün məsələlər yoluna qoyulsun, amma alınmadı".
Prezident Robert Koçaryan koalisiya tərəfdaşları ilə danışıqları müzakirə edib. Yerevanda müxalifət bu danışıqlar barədə ayrıca diskussiya açmayıb. Amma Dağlıq Qarabağda bir belə diskussiya keçirilib və biri də gözlənir.
Xankəndində "Dağlıq Qarabağ münaqişəsinin həllində neft amili" mövzusunda keçirilən diskussiyada Azad Vətən partiyasının həmsədri Artur Tovmasyan Bakı-Ceyhan neft kəmərini "sülh kəməri" adlandırıb. Onun sözlərinə görə, bu kəmər yaxın 10-15 ildə müharibənin yenidən başlamasına imkan verməyəcək.
Tanınmamış Dağlıq Qarabağın maliyyə və büdcə komitəsinin sədri Ara Harutunyan isə neft gəlirlərinin münaqişənin həllinə kömək edəcəyini ağlabatan saymadığını deyib. Panarmenian.net ondan belə bir sitat gətirir: "Azərbaycanın varlanacağı və münaqişəni zor gücü ilə həll edəcəyi barədə bəyanatlar əsassızdır". Harutunyan neftdən adambaşına düşən illik gəlirin 125-150 dollar arasında olacağını deyib.
Fevralın 15-də Dağlıq Qarabağın parlamenti adlanan qurumun yaz sessiyası açılacaq. Son 10 ildə münaqişənin həlli barədə həmin qurumda ayrıca dinləmələr keçirilməmişdi və Yerevanın danışıqlarda Qarabağ ermənilərini təmsil etməsinə qarşı etiraz da yox idi.
Amma Ermənistanın A1+ kanalı Dağlıq Qarabağdakı mənbələrə istinadla bu baxışın dəyişməkdə olduğunu və məsələnin müzakirəyə çıxarılacağını bildirir. Yəni başlanacaq müzakirələrdə danışıqların indiki formatının dəyişməsi, ora Dağlıq Qarabağ ermənilərinin də qatılması tələbi çıxa bilər.
"Reqnum" agentliyi "Daşnaksutyun 88-lər" Hərəkatı adlı parlament fraksiyasının üzvü Keğam Bağdasaryandan belə bir sitat gətirir: "Biz danışıqların Ermənistan-Azərbaycan müstəvisinə keçməsinə imkan verməməliyik". Bağdasaryan Dağlıq Qarabağın danışıqlar aparan, Ermənistanın isə yardımçı tərəf olmasını təklif edib.
Ermənistanın xarici işlər naziri Vardan Oskanyan hələlik Dağlıq Qarabağ nümayəndələrinin danışıqlara qatılmasının gündəlikdə olmadığını, amma müzakirə edildiyini deyib. Onun sözlərinə görə, bunun üçün bəzi proseslər keçilməlidir.
AZƏRBAYCANDA BƏZİ EKSPERTLƏR HANSISA RAZILAŞMANIN ƏLDƏ OLUNDUĞUNU İSTİSNA ETMİRLƏR
Azərbaycanda siyasi ekspertlərin bir çoxu bu dəfə də Fransada heç nəyə nail olunmayacağının əvvəlcədən gözlənildiyini desələr də, bunun əksini düşünənlər də var.
Müsavat partiyası başqanının müavini, politoloq Qabil Hüseynli hesab edir ki, Rambuyedə irəliyə doğru addım atıla biləcəyinə ümid var idi. Belə ki, r