Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:27
Rubrikalar

Azərbaycan nefti ilə dolu ilk tanker Ceyhan limanını mayda tərk edəcək


Səs: Real audio
Elçin Qəmbərov onun səhhətinin qənaətbəxş olmadığını deyir Bu barədə sənaye və energetika naziri Natiq Əliyev bildirib



Azərbaycan neftini dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinin ləngiməsi məsələsinə toxunan Natiq Əliyev deyib ki, artıq neft Türkiyə ərazisində ikinci nasos stansiyasına çatıb. Paralel üçüncü nasos stansiyasında işlər davam edir. Nazirin sözlərinə görə, tikintinin uzanması kəmərə çəkilən xərcləri artırır, amma hələ ki əlavə xərclərin nə qədər olacağı dəqiqləşməyib.



Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi keçən ilin sonunda tamamlanmalı idi.



- ABŞ-ın İnkişaf Agentliyinin maliyyə yardımı ilə Azərbaycanda İcma Əlaqələri Proqramı həyata keçirilir. Məqsəd ayrı-ayrı icmaların nümayəndələrini ABŞ-ın iqtisadi həyatı ilə tanış etməkdir.



İcma Əlaqələri Proqramının direktoru Kerr Kasperin sözlərinə görə, proqram 7 icmanın hər birinin üç həftə ABŞ-da səfərdə olmasını və həmkarları ilə əlaqə saxlamasını nəzərdə tutur. Proqramda əl işlərinin istehsalı və satışı, kiçik aqro-biznes kooperativləri icmalarının nümayəndələrinin iştirak edəcəklər.



- Azərbaycanın sığorta şirkətləri hələ ki "quş qripi" xəstəliyini öz sığorta proqramlarına salıb-salmamaqla bağlı qəti qərara gəlməyiblər.



«Azərsığorta» Dövlət Şirkətinə aid «Şəfa» tibb şirkətinin rəhbəri Nüsrət Babayev deyib ki, infeksion xəstəliklər, o cümlədən "quş qripi" sığorta predmeti sayılmır. Amma bu xəstəlik Azərbaycan üçün yenidir və bu barədə düşünməyə dəyər.
XS
SM
MD
LG