Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 03:32

Quşçuluq təsərrüfatları böhran keçirir


Səs: Real audio
Gəmidə olanlar xilas edilib Əhali kütləvi şəkildə bütün növ quş ətindən və yumurtadan imtina edir



Buradakı toyuqların hər biri ildə 300 yumurta verir. Əgər nəzərə alsaq ki, Hövsan Quşçuluq Fabrikində 250 min toyuq var, onda məlum olar ki, fabrikin illik istehsalı 75 milyon ədəd yumurtadır.



Amma bu fabrikin işləri indi yaxşı getmir. Səbəb keçən həftənin axırı Azərbaycanda "quş qripi" xəstəliyinin tapılmasıdır. Virus köçəri quşlarda tapılsa da, əhali kütləvi şəkildə bütün növ quş ətindən və yumurtadan imtina edir.



Hövsan Quşçuluq Fabrikinin təsisçisi Əkbər Şamoyev deyir ki, əslində yumurta satışının həcmi bir neçə ay idi ki, azalırdı. "Quş qripi" xəstəliyi qonşu Türkiyədə tapılanda, Azərbaycanda da bəzi adamlar toyuq ətindən və yumurtadan imtina etməyə başladı. Onlar bu xəstəliyin gizli şəkildə Azərbaycanda da mövcud olmasından ehtiyatlanırdılar.



Fabrikin təsisçisi deyir ki, yumurtaya olan tələbatın azalması bir yana, onlar qiymətləri də aşağı salmağa məcbur olublar. Əgər əvvəllər fabrik yumurtanın birini topdansatış məntəqələrinə 350 manatdan verirdisə, indi qiymət 240 manata enib, yəni təxminən 30 faiz ucuzlaşıb.



Quşçuluq Azərbaycanda neft sektorundan sonra ən dinamik inkişaf edən sahələrdən biridir. Ölkədə 30 quşçuluq fabriki var. Bundan başqa kəndlilər də öz şəxsi təsərrüfatlarında saxladıqları toyuqları bazara çıxarırlar. Əgər 5-6 il əvvələcən Azərbaycan bazarlarında Türkiyə, Rusiya və başqa ölkələrdən gətirilən toyuq əti çoxluq təşkil edirdisə, indi yerli məhsul onları üstələyib. Bazardakı hər 5 toyuqdan 3-ü yerli istehsaldır. Eyni şeyi yumurta haqqında da demək olar. Azərbaycanda satılan yumurtanın 98 faizi yerli istehsaldır. Hətta son illər xarici ölkələrə, o cümlədən Gürcüstana və Qazaxıstana da yumurta ixrac olunub.



İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, dövlət ziyana düşən quşçuluq təsərrüfatlarına milli iqtisadiyyatın maraqları naminə kömək etməli, onlara kompensasiya ödəməlidir. Qubad İbadoğlu deyir ki, bir çox ölkələrdə hökumətlər belə edir, kənd təsərrüfatına subsidiyalar ayırır, qlobal təhlükələrlə üzləşən yerli istehsalçılara yardımlar edir.



Dövlət orqanları isə quşçuluq təsərrüfatlarına kompensasiya verilib-verilməyəcəyi barədə heç nə deməyiblər. Yalnız Dövlət Baytarlıq Xidməti bəyan edib ki, əgər "quş qripi"ylə mübarizə tədbirləri nəticəsində hansısa təsərrüfatda quşların məhv edilməsi zərurəti yaransa, bunun dəyəri ödəniləcək.



Quşçuluq sahəsindəki problemlər iqtisadiyyatın başqa sahələrinə də mənfi təsir edə bilər. Məsələn, əkinçiliyə. Azərbaycanda istehsal olunan buğdanın çox hissəsi yüksək keyfiyyətli deyil və çörək istehsalı üçün yaramır. Həmin buğda kənd təsərrüfatında, o cümlədən quşçuluqda yem üçün istifadə edilir. Bundan başqa, quş fabrikləri yemin başqa komponentlərini, arpa və qarğıdalını da yerli fermerlərdən alırlar. Quş fabrikləri həm də yerli bankların əsas müştərilərindəndir. Banklar onlara yüksək faizlə kreditlər verib gəlir götürürlər. Quşçuluq təsərrüfatları da həmin kreditlərin hesabına genişlənir.



Amma Hövsan Quşçuluq Fabrikinin təsisçisi Əkbər Şamoyev deyir ki, "quş qripi" haqqında söhbətlər ortaya çıxandan sonra banklar da yəqin, onlara kredit verməyə ehtiyat edəcək.



Hövsan Quşçuluq Fabrikinin 120 nəfər işçisi var. "Quş qripi" haqqında xəbərləri onlar xüsusi həssaslıqla izləyirlər. Zabitə Sadıqova 5 ildir ki, burda işləyir. Oğluyla birgə. Onların ailəsi işsizlik ucbatından yaşadıqları Neftçala rayonunu tərk edərək Bakıya üz tutub, Hövsan qəsəbəsində ev kirayə ediblər. Zabitə xala deyir ki, fabrik bağlansa
XS
SM
MD
LG