Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:24
Rubrikalar

Avtomobili gömrükdən keçirmək neçəyə başa gəlir?


Səs: Real audio
Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi Bir qədər əvvəl Almaniyadan maşın gətirən Vaqif Səfərov peşmançılıq hissi keçirir. O deyir ki, Almaniyadan gətirdiyi 1995-ci ilin istehsalı olan, dizel mühərrikli "Mersedes" Gömrük İdarəsində 4 min dollar dəyərində qiymətləndirilib. Buna uyğun olaraq o, 3150 dollar gömrük rüsumu ödəyib. Amma ona verilən qəbzdə gömrük rüsumu 2827 dollar qeyd olunub. Bundan başqa, Vaqif Səfərov gömrük qeydiyyatına gecikdiyi üçün 460 min köhnə manat cərimə də ödəməli olub.



Almaniyadan 1994-cü il istehsalı olan "Mersedes" gətirən Sənan Kərimli də deyir ki, gətirdiyi avtomobilə görə 2440 dollar gömrük rüsumu ödəyib. Amma məsələ bununla yekunlaşmayıb. Bütün rüsum və ödənişlərdən başqa o, 50 dollar da "şirinlik" verib.



Avtonəqliyyat Gömrük İdarəsində isə deyilənləri həqiqət saymırlar. Ümumi şöbənin rəhbəri bildirdi ki, maşınların gömrük təmizlənməsi şəffaf şəkildə aparılır və burada kiminsə aldadılması mümkün deyil. Hər şey Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.



Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli qərarına əsasən, fiziki şəxslərin Azərbaycana gətirdikləri maşınlara görə gömrük rüsumu aşağıdakı qaydada hesablanır:



İstehsal-buraxılış tarixindən bir ildən artıq vaxt keçməyən avtonəqliyyat vasitələrinə görə mühərrikin hər kubsantimetrinə görə 0.4 ABŞ dolları məbləğdə gömrük rüsumu və qanunvericilikdə müəyyən edilmiş miqdarda digər gömrük ödənişləri alınır.



İstehsal-buraxılış tarixindən 1 ildən çox ötmüş avtonəqliyyat vasitələrinə görə mühərrikin hər kubsantimetrinə görə 0.7 ABŞ dolları məbləğində gömrük rüsumu ödənilir. Qanunvericilikdə müəyyən edilmiş digər gömrük rüsumları avtomobilin ümumi məbləğinin 0.5 faizinə bərabərdir.



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG