Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:43
Rubrikalar

Hakimiyyət və pul


Səs: Real audio
Səbəb "nyukasl" xəstəliyidir Ermənistanda ən məşhur oliqarxlardan biri partiya "almaq" qərarına gəlib. Sizcə bu, normal prosesdir, yoxsa burada şübhə yaradan bir şey var?



Yerevandan siyasi elmlər doktoru, millət vəkili Amayak Ovannisyan: - Şübhəsiz, bu, narahatlıq doğurur. Amma indi Ermənistanda iri sahibkarların partiya quruculuğu ilə məşğul olması təsadüfi deyil. Bunun analoqunu bir neçə il əvvəl Rusiyada da görmüşük. Məlumdur ki, Berezovski şəxsən partiyaya rəhbərlik etmək istəyirdi... Xodorkovski də buna can atırdı, bu da onun üçün pis nəticələndi... Onu da deməliyəm ki, partiya qurmaq seçicilərin səsini satın almaqdan yaxşıdır. Axı partiyaya pul qoymaq siyasi texnologiyanın inkişafına xidmət edir. Bu, əlbəttə demokratik cəmiyyət üçün müqəddəslərin müqəddəsi olan səsin satın alınmasından yaxşıdır.



- Gürcüstanda biznesmenlərin yaratdığı iki partiya var və heç kim burada qəbahətli bir şey görmür. Belədirmi?



Tbilisidən Sosial Tədqiqatlar Mərkəzinin direktoru Giya Jorjoliani: - Bizim demokratiya haqqında çox romantik təsəvvürlərimiz var. Şimali Amerika, Avropa ölkələrində demokratiya pulla çox bağlıdır... Bizim biznesmenlərlə yaratdığımız Sənayeçilər partiyasının elə çox pulu yox idi. Əhalinin çox hissəsinin bizneslə əlaqəsi olmasa da, bizi müdafiə edirdi. Çünki hesab edirdilər ki, partiya iqtisadiyyatın inkişafına çalışacaq.



- Bəs Azərbaycanda müxalifət öz maliyyə problemlərini necə həll edir?



Bakıdan "Turan" informasiya agentliyinin eksperti Toğrul Cuvarlı: - Əvvəla müxalifətin bir hissəsi hesab edir ki, hər oliqarx, ya da varlı adamın yardımından istifadə etmək olmaz. Əlbəttə söz gəzir ki, hansısa müxalifət partiyaları oliqarxların pulu ilə işləyir. Amma ümumilikdə, indi maliyyə cəhətdən müxalifətçilərin vəziyyəti acınacaqlıdır. Digər tərəfdən, Azərbaycanda müxalifətə yardım edəcək oliqarx yoxdur.



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG